Hökumət gözlənilən qərarı verdi: - Bahalaşmaya son?
9-02-2023, 16:16

Bir sıra yem və yem əlavələrinin gömrük rüsumundan azad edilməsini nəzərdə tutan güzəştin müddəti 31 dekabr 2022-ci il tarixində başa çatıb.
Qeyd edək ki, bu güzəştin müddətinin uzadılması ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyəti Nazirlər Kabinetinə müraciət etmişdi.
Əks təqdirdə ölkədə toyuq və yumurtanın bahalaşacağı gözlənilirdi. Nəhayət ki, Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edildi.
Beləliklə, maya kulturaları, quru aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün istifadə edilən həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, heyvanların yemlənməsi üçün istifadə edilən tərkibində süd məhsulları olmayan və ya bu məhsullar, heyvanların yemlənməsi üçün tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, heyvanların yemlənməsi üçün melassa əlavəsi ilə çuğundur cecəsi bu il 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Lakin həmin qərarın tətbiq olunduğu yemlər sırasında toyuq yeminin tam əks olunmadığı ilə bağlı fikirlər səslənir.
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli
TEREF.AZ-ın məlumatına görə. Cebhe.info-ya bildirdi ki, özəllilklə quş yemlərində istifadə olunan qatqılar var ki, qərar onlara şamil olunur:
“Bu sahədə mediaya öz təşəkkürümü bildirirəm ki, mövzunu gündəmdə saxladı. Çalışırdıq ki, bu istiqamətdə qərar vaxt keçmədən, yanvar ayından 1-də qüvvəyə minsin. Yenə də məsələ öz həllini tapdı. Hökumət də səsimizi eşitdi. Hər kəsə təşəkkür edirəm. Bazardakı qiymətlərdə də dəyişiklik gözlənilmir”.