Möcuzə məsələsidirsə onları nədən xilas etmədi, niyə məsum cocuqlar öldü?!

13-02-2023, 00:12           
Möcuzə məsələsidirsə onları nədən xilas etmədi, niyə məsum cocuqlar öldü?!
Məslən, Azərbaycandan, İsraildən, İspaniyadan, Cənubi Koreyadan və s. ölkələrdən gələn xilasedicilər texnikanın, elmin gücü ilə sutkalar sonra çökmüş binanın xarabalıqları altından insanı sağ-salamat çıxarırlar - ətrafda olanlar bu mənzərəni görüb, “Allahın möcuzəsi” adlandırırlar, halbuki möcuzəni Yaradanın ən böyük əsəri olan insan övladı edir, onun elmi, fədakarlığı nəticəsində vətəndaşlar xilas edilir, həyata dönürlər.
Bu faciədə minlərlə insan həyatını itirdi, 4 minə yaxın günahsız uşaq dünyadan vaxtsız köçdü – möcuzə məsələsidirsə onları nədən xilas etmədi, niyə məsum cocuqlar öldü?! Sadəcə səsli düşünürəm.
Və ya, israrla qardaş Türkiyəni və hamımıza yasa boğan bu zəlzələnin “gizli silah” olduğunu, Qərb tərəfindən tödədildiyini yayanlar var – insanın ağlı, düşüncəsi, zəkası ilə məzələnirlər.
Bu fikirləri yayanlar faciəyə görə məsuliyyət daşıyan dövlət-hökumət-bələdiyyə orqanlarını sığortalamağa çalışırlar, onları hədəfdən yayındıraraq son illərdə Türkiyədə iqtidara öz səhvlərini gizlətmək üçün lazım olan və camaatın da böyük bir kəsminin inandığı “dış mihraklar” hekayəsini diriltmək istəyirlər...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru