"Heyif bu xalqdan, heyif istedadlı adamlardan.."- Zaur Əhməd yazır...

16-02-2023, 00:08           
"Heyif bu xalqdan, heyif istedadlı adamlardan.."- Zaur Əhməd yazır...
Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yashar iki gün öncə Prezident İlham Əliyevə videomüraciət ünvanlamış, dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi.
Başım qarışıq olduğundan video-müraciətə bu gün baxdım. Bir neçə dəqiqəlik müraciətə diqqətlə baxanlar bir daha əmin oldular ki, Yaşar necə istadad sahibidir. Bəlkə də müraciət incəsənətlə bağlı hansısa ciddi mükafata layiqdir desəm, yanılmaram.
Azərbaycan istedadlı adamlar üçün ən yaxşı halda birdəfəlik bilet alınan hava limanıdır. Yəni, bacaran başını bir dəfəlik götürüb gedir. Ya da bəxti gətirməyən istedadlar üçün məzarlıqdır bura. Diri ikən çürüyürlər için-için, öləndə də…
İstedadlı olmaq bu ölkədə ayrıcalıqdır. İstedadsız adamlardan ayrılırsan, seçilirsən, amma önə çıxmaq üçün deyil, başından basılmaq üçün, sinəndən itələnmək üçün. İstedadlısansa, amma abırlısansa, kiməsə girə bilmirsənsə, quyruq bulaya bilmirsənsə, kiminsə payına əl uzada bilmirsənsə, zülmə qarşımsusa bilmirsənsə, yuxarıdan gələn hər şeyə eyvallah deməyi bacarmırsansa, hökumətin bütün islahatlarını alqışlamırsansa, sənin istedadın heç nəyi həll eləmir. Hətta o istedad bəsit gündəlik qayğılarını həll etməkdə acizdir.
İstedadlı adamların ölkəmizin acı realıqları qarşısında aciz qalması şəxsən məni çox incidir. Heyif bu ölkədən, heyif bu xalqdan, heyif istedadlı adamlardan. Vallah bu millət bu münasibətə layiq deyil.
Zaur Əhməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru