Azərbaycan xaricə nə qədər qaz satıb? – Nazirlik 2,2, Komitə 0,26 milyard deyir...

16-02-2023, 11:52           
Azərbaycan xaricə nə qədər qaz satıb? – Nazirlik 2,2, Komitə 0,26 milyard deyir...
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 255 milyon 612,7 min kub metr təbii qaz ixrac olunub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Energetika Nazirliyinin açıqladığı məlumatda isə bu ilin yanvar ayında 2,2 milyard kub metr təbii qaz ixrac edilib.
Rəqəmlərdən də göründüyü kimi Gömrük Komitəsinin açıqladığı məlumatla Energetika Nazirliyinin açıqladığı məlumat arasında böyük fərq var.
Məlumat üçün bildirək ki, Gömrük Komitəsi təbii qaz ixracı ilə bağlı rəqəmləri gömrük bəyannaməsinə əsasən qeydə alır. Bu isə o deməkdir ki, ixrac olunan təbii qazın yalnız 11%-i gömrükdə rəsmi şəkildə bəyan edilir. İxrac olunan təbii qazın 89%-i isə gömrükdə bəyan edilmədən xaricə satılır.
Onu da qeyd edək ki, Gömrük Komitəsi hansı ölkəyə nə qədər xam neft satıldığını açıqlasa da təbii qazla bağlı məlumatları açıqlamır. Energetika Nazirliyi ixrac olunan təbii qazın 1 milyard kub metrinin Avropa ölkələrinə, 0,9 milyard kub metrinin Türkiyəyə, 0,3 milyard kub metrinin isə Gürcüstana satıldığını açıqlayıb. Amma, Gömrük Komitəsi bu barədə heç bir məlumat açıqlamayıb.
Qeyd edək ki, Komitə bir-neçə il əvvəl qaz ixracının ölkələr üzrə siyahısını açıqlasa da, daha sonra məlumatları yenidən “gizli saxlamağa” başladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru