Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb - İLGİNC İDDİA

17-02-2023, 11:10           
Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb - İLGİNC İDDİA
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində Baş Prokururluğun sabiq rəhbərliyi haqqında sensasion açıqlamalar verib.

Qeyd edək ki, özünə qarşı ittihamları rədd edən Sahib Ələkbərov bildirib ki, bütün addımları Baş Prokurorun birinci müavini Rüstəm Usubovun göstərişi ilə edib.

Həbsi zamanı Rüstəm Usubovun xüsusi qərəzinə tuş gəldiyini deyən Sahib Ələkbərov bunu Hacı Məmmədovun cinayət işinin istintaqı ilə əsaslandırıb.

Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb

TEREF.AZ-ın məlumatına görə, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, MTN-nin keçirdiyi məşhur “qara kəmər” əməliyyatı zamanı Rüstəm Usubovun da ifadəsi alınıb.

Həmin zaman Usubovun ifadəsini isə MTN müstəntiqi Sahib Ələkbərov alıb. Görünür, bunu yaddaşına həsr edən Rüstəm Usubov “MTN İşi” üzrə istintaqda Sahib Ələkbərovu cəzalandırmaq niyyətinə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru