Bakıda ev almaq istəyənlər nəyi gözləyir? - “Məlumat var ki, bütün binalarda ...”

17-02-2023, 17:05           
Bakıda ev almaq istəyənlər nəyi gözləyir? -
Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin Yanvar – Dekabr ayları üzrə Pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar da yer alıb.

İcmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövünə nəzərən 8% artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2%, təkrar mənzil bazarında isə 8% yüksəlib.

TEREF.AZ-ın məlumatına görə, əmlak eksperti Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələ nəinki Türkiyə və Azərbaycanda, hətta bütün ətraf ölkələrin daşınmaz əmlak bazarına öz təsirini göstərəcək:

"Zəlzələnin olması ilə əmlak bazarında durğunluq müşahidə olunur, lakin qiymətlərdə hələ artım görməyəcəyik. Belə bir məlumat da var ki, bütün binalarda zəlzələyə davamlılığı ilə bağlı ekspertiza rəyi aparılacaq.

İnsanlarda əminlik yarandıqdan sonra əmlak bazarında canlanma yarana bilər. Amma qiymətlərin artmasının səbəbi zəlzələ yox, tikintinin maya dəyərinin artmasıdır. Çoxmənzilli yaşayış binalarını tikəndə qiymətlər əvvəllər daha ucuz idi. Çünki təkcə paytaxt Bakıda tikintiyə yararlı torpaq sahələri çox, qiymət də münasib idi. Torpaqlar tükəndikcə, artıq qiymət kəskin artmağa başladı. Bu da özlüyündə tikintinin maya dəyərinə öz təsirini göstərir”.

O bildirib ki, süni artım daha çox köhnə tikililərdə müşahidə olunur:

“Kirayə mənzil bazarında da qiymət dəyişməyəcək. Bakıya bölgələrdən gələn onminlərlə tələbə, gənc ailə, işləyənlər var. Ona görə də bunun kirayə bazarına da təsiri olmayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru