Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN

22-03-2023, 12:25           
Rusiya hökuməti büdcəni doldurmaq üçün -
Rusiya hökuməti dövlət büdcəsində yaranan çətinlikləri həll etmək üçün ölkə biznesindən yeni büdcə ödəmələri tələb edib.

FED.az xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, dövlət ümumilikdə biznesdən 300 milyard rubl, yəni təqribən 4 milyard dollar almaq niyyətindədir: «Amma bu məbləğin artıq olması alqışlanacaq».

Tətbiq edilən yeni qaydaya əsasən, şirkətlər 2019-2020-ci llərlə müqayisədə 2021-2022-ci illərdə əldə etdikləri artıq gəlirin 5%-ni dövlət ödəyəcəklər. Əvvəlcə bunun «könüllü» ödəniş kimi tətbiqi nəzərdə tutulsa da, sonradan elan edilib ki, yeni ödəniş vergi kimi alınacaq. Yəni şirkətlər artıq məbləğin 5%-ni ödəyəcəklər.

Amma bu ödənişlər kiçik biznesə və neft-qaz sektorunda işləyən şirkətlərə aid olmayacaq. Çünki hökumət kiçik biznesi narahat etmək istəmir, neft-qaz sektorunda isə vergi dərəcəsi başqa sahələrlə müqayisədə onsuz da yüksəkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.