Dövlət Departamenti: “Bakı və İrəvan mümkün sazişin bəzi müddəalarını razılaşdırıblar”

9-05-2023, 10:18           
Dövlət Departamenti:
Azərbaycan və Ermənistan nümayəndə heyətləri ötən həftə Vaşinqtonda keçirilən danışıqlarda potensial sülh sazişinin bəzi müddəalarını razılaşdırıblar.

Bunu bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Bizim fikrimizcə, ötən həftə aparılan müzakirələr konstruktiv olub. İnanırıq ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Hesab edirik ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis ilə razılaşma əldə etmək olar”, - o, bildirib.

Patelin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistana bütün lazımi dəstəyi göstərir.
“Biz iki dövlət dialoqa davam etdikcə, dayanıqlı sülhə nail olmaq üçün səy göstərdikcə prosesə tam dəstək verəcəyik”, - Patel əmin edib. O qeyd edib ki, mövcud məlumatlara əsasən, tərəflər qarşılıqlı əlaqəni davam etdirirlər.

Vaşinqtonun fikrincə, birbaşa dialoq, Bakı ilə İrəvan arasında “məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru