Məhkəmə hüquq sistemi köhnə sistemdir, sədri təzədir - İnam Kərimov məhkəməni icra hakimiyyətinin işğalından qurtara biləcək?

8-06-2023, 10:14           
Məhkəmə hüquq sistemi köhnə sistemdir, sədri təzədir -
Azərbaycanda məhkəmə hakimiyyətinə icra hakimiyyətinin başçılıq etməsi Məhkəmə Hüquq Şurasına
sədrliyin ədliyyə nazirində olmasından elə açıq görünür ki, “bələdçiyə ehtiyac qalmır”. Mərkəzi icra
hakimiyyətinin nazirinin Ali Məhkəmənin sədrinə sədrlik etməsi məhkəməni hakimiyyətsiz, hakimləri
icra hakimiyyətindən asılı durumda qoyub. Ədliyyə Nazirliyinin hansısa bir məsləhətçisinin, dılğır bir icra
məmurunun , intizamsız bir vəkilin sifarişi ilə məhkəmə hüquq sistemi məzhəkə hoqqabazlıq sirkinə
çevrilib. Özü də çoxdan . Necə deyərlər, sistem köhnə sistemdir, bircə sədri təzədir.
İnam Kərimovun kənd təsərrüfatı naziri postundan Ali Məhkəmənin sədri kürsüsünə gətirilməsinin
başlıca amacı, fikrimizcə, məhkəmə hakimiyyətinin yerlə bir olan nüfuzunun bərpasına hesablanıb.
Hakimiyyətin üç əsas qolundan birinin , bəlkə də birincisinin başçısı köhnə qaydalara , daha doğrusu,
qaydasızlıqlara, qeyri- prosessual ilişgilərə son verməkdə təcrübə yiyəsidir. “Asan xidmət”in çətin
tariflərinə baxmayaraq, əhalinin , insanların , ən azı, süründürməçilikdən qurtulmasında böyük iş görən
hörmətli dövlət məmuru bəlkə məhkəmə zülmlərinə, süründürməçiliyinə də son qoya bildi. Təsəvvür
edin, savaş əlili beş ildir pensiyasının qərəzlə düzgün hesablanmamasından qaldırdığı iddiaya mahiyyəti
üzrə baxılmasına nail ola bilmir. İllərlə sürən “icraat” 2-3 dəqiqəyə iddianın mümkün sayılmaması
haqqında qərardadla başa çatır. Apellyasiya , kassasiya şikayətləri , hətta Konstitusiya Məhkəməsinə
şikayət də sonuc vermir. “Şəki dövlətinin” adından çıxarıl(may)an iddianın mümkün sayılmaması
haqqında qərardad elə “hoqqabazlıq presedenti” yaradıb ki, hətta iş üzrə tərəf olmayan qurumların da
başlıca sübutu rolunu oynayır. Bəlkə köhnə sistemin təzə təmiz başçısı bir yslquzağın üzərinə düşən bu
yekəlikdə hakimlər, vəkillər dəstəsinə qanunun aliliyini, hüququn üstünlüyünü sözdə yox, işdə anlatdı .
Vallah, birincidən, başçıdan çox şey asılıdır , niyə Məhkəmə Hüquq Şurasına hakim yox, nazir başçı
olmalıdır? Elə belə “başayaq” məhkəmə hüquq siyasətinin sonucudur ki, dövlətin adından çıxarılan
məhkəmə qərarları onlala illərdir icra olunmur, icra məmurları hakimlərə “bir köynək” yaxınlığından”
yararlanıb, özbaşınalıq edir. Aydındır ki, belə qeyri- prosessual icraçılıqdan, məsləhətçilikdən hakimlər də
3-5 manatın yiyəsi olurlar, amma yüksək hakim adını şərəfsizliklə daşımaq 3-5 manata dəyərmi?
Sistemin təzə adamının yüksək innovativ bacarığı e-məhkəmə sisteminin də neqativdən qurtarmasına
gətirə bilər. Fikrimizcə, indiki elektron məhkəmə sistemi olduqca qüsurludur və gerçəkdə məhkəməyə
müraciəti əlçatan yox, əlçatmaz edir. Vətəndaş niyə özünün elektron poçtundan adi qaydada
məhkəməyə müraciət etməsin? Məhkəməyə şəxsi kabinetdən müraciət edəndə nə qədər lazımsız
prosedurlardan keçirsən və sonda bəlli olur ki, dəftərxana gizlədir, qəbul edilmir və s. Yenə də məhkəmə
texniki işçilərin əlaltısı rolunda qalır .
Məhkəmə hüquq sistemində vicdanlı hakimlər yetərincədir, di gəl, vicdansızlar, vicdanını auksionda
sztanlar daha çoxdur. Hələ ki sistemin yeganə təmiz adamı Ali Məhkəmənin təzə sədrinin özüdür.
Məhkəmə hüquq sistemində vicdansızlığa son qoymaq görəvi də onun boynundadır. Ən birinci görəv isə
məhkəməyə əlçatanlığın təmin edilməsidir. E-məhkəmə sistemi hələ ki məhkəmə sisteminin özü kimi
“çst verir”.
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.