Putin bu yolla “kollektiv Qərbi” qorxutmağa çalışır.

10-06-2023, 10:34           
Putin bu yolla “kollektiv Qərbi” qorxutmağa çalışır.
Rusiya prezidenti Vladimir Putin yenə strateji səhvə yol vermək üzrədir. O iyulun 8-ə qədər Rusiyanın Belarusda nüvə silahlarını yerləşdirəcəyini bildirib.
Putin bu yolla “kollektiv Qərbi” qorxutmağa çalışır. Bu Kremlin Vaşinqtona da mesajıdır ki, “Sən Avropada nüvə başlığı daşıyan raketlər yerləşdirirsənsə, mən də eynisini müttəfiqim Belarusun ərazisində yerləşdirəcəm”.
Belarus prezidenti Aleksandr Lukaşenko Putinə tabedir. Ancaq bir gün Lukaşenko olmasa və Belarusun yeni lideri Ukrayna kimi Rusiya əvəzinə Qərbə inteqrasiya yolunu seçərsə, həmin nüvə silahının taleyi necə olacaq?
SSRİ-nin vaxtında nüvə silahı 4 respublikada – Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub.
SSRİ dağıldıqdan sonra nüvə silahlarının Rusiya ərazisində yerləşdirilməsiylə bağlı razılıq var idi. Ancaq Ukrayna müharibəsi göstərdi ki, bu yanlış qərar idi.
Ukraynanın nüvə silahı olardısa Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risq etməzdi. Bu Kiyevə və Qərbə dərs oldu.
Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq onu ərazisində saxlamaq hüququnu irəli sürə bilər.
Bu Belarusun özünü Rusiyanın mümkün həmləsindən qoruması üçün güclü aləti olacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.