Putin Ukrayna ilə danışıqlara başlamaq və Ukraynadan üzüsulu ayrılmaq üçün bəzi mühüm addımlar atır.

9-07-2023, 08:39           
Putin Ukrayna ilə danışıqlara başlamaq və Ukraynadan üzüsulu ayrılmaq üçün bəzi mühüm addımlar atır.
Türkiyə prezidenti Ərdoğanın dünən ukraynalı həmkarı Zelenski ilə görüşündən sonra keçirdikləri mətbuat konfransında səsləndirdiyi fikirlərə bir də baxdım. Gözümdən qaçan bir məqam vardı: Ərdoğan dünənki çıxışında açıq şəkildə ifadə edib ki, Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi ilə bağlı danışıqlar aparır və artıq bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub:
"Biz Ukrayna prezidenti (Zelenski) dinləsik, xüsusən də məhbusların mübadiləsi ilə bağlı. Biz Rusiya tərəfi ilə də danışıqlar aparırıq. Onlarla da danışıqlar aparırıq. Mən məsələni cənab Putinlə müzakirə etmişəm. Putin gələn ay Türkiyəyə də səfər edəcək. Görüşmək imkanımız olacaq. Amma bu arada telefon danışıqlarımız olsa, cənab Putinlə bu məsələni yenidən müzakirə edəcəyik, məhbus mübadiləsi prioritet məsələlərdəndir. Gündəmimizdə var. Əslində bu axşam prezidentlə də bu məsələni müzakirə etdik. Biz onun davamçılarıyıq. Biz də izləyəcəyik və ümid edirik ki, bundan tez bir zamanda nəticə əldə edəcəyik”.

Ərdoğanın dediklərindən belə anlaşılır ki, bu gün Ukraynanın "Azov" batalyonunun komandirlərinin buraxılması Putinin razılığı ilə baş tutub. Üstəlik, Zelenski Türkiyəyə Ərdoğanın dəvəti ilə gəlib. Bütün bu faktları bir araya gətirəndə səhər qələmə aldığım analizin növbəti dəlili ortaya çıxır: Putin Ukrayna ilə danışıqlara başlamaq və Ukraynadan üzüsulu ayrılmaq üçün bəzi mühüm addımlar atır.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.