İsraili dəstəkləyən bütün kanallar bloklanmalıdır - Xamenei

Bu gün, 10:08           
İsraili dəstəkləyən bütün kanallar bloklanmalıdır - Xamenei
İsrail rəhbərliyinin törətdiyi cinayətlər qarşısında bu rejimi dəstəkləyən bütün kanallar tamamilə bloklanmalıdır.

İranın ali lideri Əli Xamenei deyib.

Xameneinin sözlərinə görə, bu gün Yəməndə cəsur insanlar tərəfindən görülən hərəkətlər düzgün və haqlı addımdır.

“Əlbəttə, biz öz gücümüz daxilində hər şeyi etməyə tam hazırıq”, – deyə ali lider vurğulayıb.

Xameneinin çıxışında “sionist rejimi” ifadəsi ilə İsrail nəzərdə tutulur. O, İrana və digər dost ölkələrə müraciət edərək, İsrailə hər hansı dəstək kanallarının bağlanmasının vacibliyini xüsusi qeyd edib.

Xamenei vurğulayıb ki, İsrailin fəaliyyətlərini dayandırmaq üçün regiondakı və beynəlxalq səviyyədə bütün imkanlardan istifadə olunmalıdır.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru