Bakıda avtobusda əlbəyaxa dava - VİDEO Bu gün, 10:56 Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü və sərnişin arasında insident yaşanıb.TEREF Publika.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində baş verib.Tərəflər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Mübahisəyə səbəb sərnişinin kartı oxutmadan əyləşməsi olub. Sürücünün bununla bağlı xəbərdalığına sərnişin aqressiv rekasiya verib.Daha sonra onlar bir-birinə yumruq atıblar. Məsələyə polis müdaxilə edib.Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır. Facebook-da paylaş