ETRUSK TÜRKÜ DƏ XAŞ YEYİRDİ

Bu gün, 10:54           
ETRUSK TÜRKÜ DƏ XAŞ YEYİRDİ
Aşağıda təqdim etdiyim bürüncdən hazırlanmış Etrusk güzgüsünün (Bronze mirror) arxasındakı eskizdə iki söz yazılıb, amma bitişik :
Onu aşağıda güzgüdən sonra ayrıca göstərirəm.
Qəribə də olsa adəti üzrə sağdan sola oxunan Etrusk yazısında, bu sözlər soldan sağa oxunur. Etrusk qrammatikasında belə anlar da olur. Orada
"ÇALXAŞ" yazılıb.
Etrusklarda saitlərin buraxılması da tez-tez rast gəlinən haldır.
Yazıda ÇAL XAŞ sözləridir. Çal sözünün sonunda "I" səsi buraxılıb. Ona görə u "ÇALI" oxunmalıdır. ÇALI türkcə çır-çırpı, tikan deməkdir. Kəlməni Çalı oxumağımıza təkan verən inam şəklin özündən enir. Diqqətlə baxsanız, kişinin sağ yanından və qıçları arasından qabağa çıxan itiuclu, iri-iri oxabənzər cizgiləri görəcəksiniz. Onlar tikanlardır.
Ayağın biri kişinin əlindədir: o onu duzlayır. Mal ayağı olduğu daha dəqiq bilinən ikincisi, manqalın üstündədir. Və sözlər də bunu təsdiq edir:
ÇAL[I] XAŞ - Çır-çırpıdan hazırlanan XAŞ.
Etrusklar inanıblar ki, vaxt gələcək dilimizi anlamayacaq Avropa maralları hər şeyimizi sevdikləri yunanınkı kimi təqdim edəcəklər. Ona görə tikanları sanki qəsdən çəkiblər ki, sözün əvvəlin "KAL" deyil, ÇAL kimi oxusun bizi başa düşə biləcək xeyirxah nəsillərimiz.
Və düz də ediblər. Baxın, Avropa maralları bu şəklə necə izah verirlər. Materialı rus elmi ədəbiyyatından götürmüşəm, ona görə ruscadır u. Etrusklara aid bir çox kitablarda ETRUSK XAŞI elə belə də - etruskun yunana səcdəsi - kimi təqdim edilir dünyaya:
"Зеркало Калхаса
(CIE 11019, ET Vc S.10, CII 2157) — этрусский артефакт конца V века до нашей эры, который сейчас находится в Григорианском Этрусском музее в Ватикане, Рим. Бронзовое зеркало найдено в этрусском городе Вульчи и изображает греческого прорицателя Калхаса в роли жреца (гаруспика), занятого гепатомантией. Зеркало Калхаса является примером переосмысления греческих мифов в изобразительном искусстве."
-------
Yəni şəkildəki kişi guya yunan keşişidir, əlindəki isə heyvan qaraciyəridir. Halbuki mal ayağının dırnaqları açıq görsənir.
Və guya o, qaraciyər vasitəsilə kiminsə taleyini təyin edir. Bu, HEPATOMANTİYA (Hepar sözündəndir - latınca qara ciyər deməkdir) mövzusu da Etruska aid elmi ədəbiyyatda geniş yayılıb və bu cür şəkillərin hamısını avropalı mütəxəssislər (marallar) Hepar səmtində yozurlar.
******
Söz Ardı: Azərbaycanın Baş Aşpazı doktor Tahir Əmiraslanov qədim mətbəximizlə çox maraqlanır. Haylar isə xaşın yalnız onlara məxsusluğundan dünyaboyu ağızdolusu danışır və barmaqları xaş olunca yazırlar.
Etrusk Türkünün mətbəxindən Doktora onun rahat söykənə biləcəyi bir hədiyyə.:
Tariyel Azerturk













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru