ABŞ-dan Ukrayna danışıqları barədə açıqlama - “Putin ilk dəfə…”

Bu gün, 10:58           
ABŞ-dan Ukrayna danışıqları barədə açıqlama - “Putin ilk dəfə…”
Rusiya Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda çeviklik göstərir və ABŞ prosesi vicdanla aparır.

Bu barədə ABŞ-ın vitse-prezidenti C.D. Vens “NBC News”a müsahibəsində bildirib.

Jurnalistlərin “Rusiya danışıqlarda ABŞ-ı qabaqlayıbmı?” sualına cavab verən Vens bunu təkzib edib:

“Rusiya üç il yarım davam edən müharibədən sonra ilk dəfə prezident Donald Trampa əhəmiyyətli güzəştlər etdi və bəzi əsas tələblərində çevik olmağa hazır olduğunu göstərdi. Onlar artıq münaqişəni sona çatdırmaq üçün nə etməli olduqları barədə danışırlar”.

Onun sözlərinə görə, proses çətin keçir və münaqişəni qısa zamanda həll etmək mümkün deyil:

Bəzən böyük irəliləyiş əldə etdiyimizi görürük, bəzən isə Prezidentin dediyi kimi, məyusluq yaşanır. Amma biz davamlı irəliləyiş əldə edəcəyik. Son nəticə isə Rusiya və Ukraynanın kompromis tapmasından asılı olacaq”.

Tahir Turan

Mənbə: globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru