İrəvandan Putini qıcıqlandıracaq qərar: - Parlament Roma statutu ilə bağlı müsbət rəy verdi

28-09-2023, 16:41           
İrəvandan Putini qıcıqlandıracaq qərar: -
Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib.
Teref.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər.

Beləliklə, Rusiya rəhbərlərinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə daxil edilib.

İclasa qatılan Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib ki, hökumətin layihəni təsdiqləməsi 2022-ci ilin sentyabrında “Ermənistana qarşı genişmiqyaslı təcavüz” və Ermənistan ərazisində “bir sıra ağır hərbi cinayətlər” törədilməsi ilə bağlıdır.

Roma statutu parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Xatırladaq ki, bir neçə gün öncə baş nazir Nikol Paşinyan xalaqa müraciəti zamanı "Roma statusunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur və Rusiya və KTMT-yə qarşı yönəlməyib" demişdi.

Rusiya rəsmiləri məlum prosesə görə İrəvana dəfələrlə sərt xəbərdarlıqlar ediblər. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 13-də keçirdiyi brifinqdə İrəvanı tənqid etmişdi. O, Rusiyanın Ermənistanın Roma Statutu ilə bağlı sərgilədiyi siyasətini qeyri-dost davranışı kimi qiymətləndirdi.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. 2022-ci ilin sonunda isə Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başladı. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.