Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin...

13-10-2023, 08:28           
Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb:
Oktyabrın 12-də Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında mətbuatın açıq hissəsində keçirilən görüşündə maraqlı detal diqqətimi cəlb edib.
Vladimir Putin çıxışına Qarabağ mövzusuyla başlayıb: “Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”. Qarabağ ətrafındakı vəziyyət niyə bir nömrəli məsələ olmalıdır? Məsələ bitib.
Buna görə də İlham Əliyev çıxışında Qarabağ mövzusuna toxunmayıb. Azərbaycan dövlət başçısı rusiyalı həmkarına “bizim danışmağa mövzularımız çoxdur” deyərkən, bu sırada əmtəə dövriyyəsini, sənaye kooperasiyasını, nəqliyyat sahəsində əməkdaşlıq mövzularını misal çəkib. Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin Qarabağdan çıxma tarixinin müəyyənləşdirilməsi.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.