Üç il əvvəl: Yeddi kənddə işğala son qoyuldu - SİYAHI + FOTO

2-11-2023, 07:20           
Üç il əvvəl: Yeddi kənddə işğala son qoyuldu - SİYAHI + FOTO
Bu gün Azərbaycanın bir neçə kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə - noyabrın 2-də Azərbaycan ordusu Cəbrayılın Çapand, Qoşabulaq kəndlərini işğaldan azad edib.

Həmin gün Zəngilan istiqamətində də uğurlar qazanılıb. Belə ki, rayonun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərində işğala son qoyulub.

Qubadlının isə İşıqlı, Muradxanlı və Milanlı kəndləri işğalçılardan təmizlənib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet”lə qələbə xəbərini xalqa çatdırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru