Bank əmanətlərinə 10 faiz vergi qoydular indidə dala addım atdılar....

26-11-2023, 11:54           
Bank əmanətlərinə 10 faiz vergi qoydular indidə dala addım atdılar....
Keçən ilin sonunda hökumət qərar verdi ki, vətəndaşların banklarda olan əmanətlərdən əldə etdikləri faiz gəlirlərindən 10% vergi tutulacaq - onlarla dəfə publik çıxış etdik, dedik ki, çox yanlış, mənasız qərardır, bank sektoruna da, vətəndaşa da ziyanlı olacaq, əmanətlərin azalmasına, bank sektoruna zatən az olan güvənin daha da azalmasına səbəb olacaq - dinləmədilər, yenə öz bildiklərini etdilər.
Və cəmi 1 il keçdi, indi də geri addım atırlar, əmanətləri tədbiq edilən vergini xeyli azaldırlar, yenə tam ləğv etmirlər, amma geri addım atırlar.
Belə bir hökumətimiz var - burnundan uzağı görə bilmir, analiz, modelləşdirmə yox, səhv qərar verib, ziyan vurub sonra dəyişirlər, amma heç kim də buna görə məsuliyyət daşımır.
Səlahiyyət məsuliyyət deməkdir - bunlar böyük səlahiyyət sahibi olmaq istəyir, amma məsuliyyət daşımaq istəmirlər. Çünki məsuliyyət seçkidən doğur, seçki institutu isə ölü "doğulub"...
Natiq Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.