Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar

Bu gün, 00:17           
Nura Suri restoran fırıldağını ifşa etdi! –
Müğənni Nura Suri restoranlarda müştərilərin aldadılması ilə bağlı ittiham irəli sürüb.

Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabında paylaşdığı yazıda bəzi restoran işçilərinin həm müştəriləri, həm də restoran sahiblərini aldadaraq fırıldaq yolu ilə qazanc əldə etdiklərini bildirib.

Nura Surinin sözlərinə görə, o, bu xoşagəlməz vəziyyətlə şəxsən qarşılaşıb:

"Restoranlarda diqqətli olun, çünki sifariş etmədiklərinizi də sonda hesaba əlavə edib sizdən pulunu ala bilərlər. Bunu edən işçilər həm restoran sahiblərini, həm də sizi aldadırlar. Dünən restoranlardan birində (açılış idi) bu hal yaşandı. Hətta müğənniyə atılan şabaşı restoran işçiləri toplayıb öz ciblərinə qoydular. Restoran işlədənlər işçilərə ciddi nəzarət etməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru