"Pautina" əməliyyatı yenidən başlayıb...

Bu gün, 16:41           
"Pautina" əməliyyatı yenidən başlayıb...
Aeroflot sistemləri hakerlər tərəfindən çökdürülüb. Şirkətin İT infrastrukturunun tamamilə məhv edildiyini deyilir.
"Silent Crow" və "Belarusun Kiber Partizanları" qrupları genişmiqyaslı haker hücümü elan edib. Onların sözlərinə görə, əməliyyat bir il davam edib və hava yolu nəhənginin daxili İT sisteminin tamamilə dağılması ilə başa çatıb: 7000-ə yaxın server məhv edilib, 20 TB məlumat oğurlanıb.
Hakerlər hücumu əsas infrastrukturu qoruya bilməyən Rusiya xüsusi xidmət orqanlarına “mesaj” adlandırır və yaxın gələcəkdə məlumat sızdırmağa başlayacaqlarına söz verirlər.
Xatırladaq ki, bu gün “Aeroflot” şirkəti “uğursuzluq” barədə məlumat vermiş və 40-dan çox uçuşu ləğv etmişdir. Şeremetyevoda xaos başlayıb.
P.S. Aeroflot artıq 50 reysi ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru