Xəlilovdan sonra Ağalarov da Bakıya gəldi - O da Rusiyadan gedir?
Bu gün, 08:08
Azərbaycan əsilli rusiyalı tanınmış milyarder Araz Ağalarov Azərbaycandadır. Bakupost.az xəbər verir ki, bu barədə milyarderin oğlu, iş adamı, xalq artisti Emin Ağalarov paylaşım edib. O bildirib ki, atasını “Sea Breeze” ilə tanış edib. Belə ki, A.Ağalarov burada 7 il əvvəl olub və həmin vaxt heç bir struktur mövcud deyildi. Araz Ağalarovun məhz indi Bakıya gəlməsi isə maraq çəkməyə bilməz. Qeyd edək ki, azərbaycanlı milyonçulara qarşı Rusiyada xüsusi kampaniya başlayıb. Bir müddət əvvəl məşhur iş adamı İsgəndər Xəlilovun Rusiyadakı ofisinə xüsusi təyinatlılar tərəfindən hücum edildiyi bildirilmişdi və bu informasiyanın ardınca İ.Xəlilovun ailəsini də götürərək, Bakıya gəldiyi üzə çıxdı. Bunun ardınca isə Rusiyada yaşayan azərbaycanlı iş adamlarının böyük əksəriyyətinin Rusiyanı tərk etməyə başladığı haqda məlumat yayıldı. Bu məlumat fonunda Araz Ağalarovun Bakıya gəlişi bu baxımdan şübhələr doğurub.