Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi - FOTO

Bu gün, 16:31           
Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi - FOTO
Gəncənin girişində magistral yolun kənarları ilə quraşdırılan şəhidlərin plakatlarının söküntüsünə başlanılıb.

Gununsesi.info-nun Gəncə Bürosu xəbər verir ki, bir neçə ay əvvəl bu məsələ gündəmə gəlsə də ciddi narazılıqla qarşılanmışdı.

Həmin zaman yerli icra hakimiyyəti məsələni gündəmdən çıxarsa da lakin iyulun 28-dən söküntüyə start verilib.

Şəhid ailələrindən bir neçəsi buna qarşı çıxsa da, lakin icra hakimiyyətinin kommunal təsərrüfat qurumları həmin plakatları söküb.

Xatırladaq ki, Gəncənin girişində Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin plakatları vurulmuşdu.

İddialara görə şəhər icra hakimiyyəti bunu Gəncədə təşkil olunacaq MBD Oyunları ilə əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru