Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Yerli vaxtla 05:07-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, bu, son iki sutkada Xəzərdə qeydə alınan ikinci zəlzələdir. İyulun 27-də Xəzər dənizində 3.2 maqnitudada zəlzələ olub.