Sankt-Peterburqda miqrantların taksidə işləmələrinə qadağa qoyuldu

Bu gün, 08:33           
Sankt-Peterburqda miqrantların taksidə işləmələrinə qadağa qoyuldu
Rusiyanın Sankt-Peterburq şəhərində patentlə işləyən əcnəbi vətəndaşların taksi xidməti sahəsində işə götürülməsinə qadağa qoyulub.

"Vedomosti" xəbər verir ki, müvafiq qərarı şəhərin qubernatoru Aleksandr Beqlov imzalayıb.

Qərar 2025-ci ilin sonuna qədər qüvvədə olacaq.

Bildirilir ki, qadağa bu fəaliyyət növü üçün miqrantları cəlb edən bütün subyektlərə şamil edilir. Bu təşəbbüs taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, habelə Rusiya vətəndaşları üçün əlavə iş yerləri yaratmaq istəyi ilə izah edilib.

Sahibkarlar üçün üçaylıq keçid dövrü nəzərdə tutulub ki, bu müddət ərzində şirkətlər əcnəbi sürücülərlə mövcud əmək münasibətlərini dayandıra və yeni işçilər işə götürə biləcəklər.

Məhdudiyyət başa çatdıqdan sonra yerli hökumət sosial-iqtisadi effekti təhlil etmək və qadağanın uzadılıb-uzadılmaması barədə qərar qəbul etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru