Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək

27-11-2023, 08:54           
Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Görəsən Peskov nəyi nəzərdə tutub? Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır? Bəli, Qərb dövlətlərinin bir qismi Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışır. Ancaq bunun Qarabağa aiddiyyatı yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru