...və bir gün hamıdan xəbərsiz Şəhidlərin ruhu intihar edəcək!

13-12-2023, 08:27           
...və bir gün hamıdan xəbərsiz Şəhidlərin ruhu intihar edəcək!
İlin sonu yaxınlaşır. Kirayə pulları, kreditlər bağlanmalıdır. Yeni ili qeyd etmək üçün evə ərzaq, övladı olanlar uşaqlarına ucuz da olsa, hədiyyə almalıdır.
Digər tərəfdən, Şuşada 2 gecə 3 gün Yeni İl şənliyi keçiriləcək, şənlikdə iştirak etməyin qiyməti 3500 manatdır. Heç şübhəsiz, məmurların, onların ailə üzvlərinin, varlıların bahalı həyat tərzi yenidən nümayiş olunacaq. Silikon dodaqlılar əylənəcək, ağır təbiətli varlılar daha da "ağırlaşacaqlar", şou əhli oxuyacaq və məmuriyyət feyzyab olacaq.
...və bir gün hamıdan xəbərsiz Şəhidlərin ruhu intihar edəcək!
Bəs, Şuşada yas saxlamalıyıqmı? Xeyr! Yemək də olar, içmək də, lap qumar oynamaq da.... Ora mənim üçün Qaradağın bomboz torpaqlarından qətiyyən fərqlənmir. Sadəcə mənəvi sərhədlərin tikanlı məftillərini bu qədər sürətlə, şiddətlə və təcavüzkarcasına qırıb atmaq olmaz. Bu, qızıl teştin içinə qan qusanlara acıq verməkdir.
Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru