Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərində oxşar və fərqli cəhətlər...

2-01-2024, 09:44           
Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərində oxşar və fərqli cəhətlər...
Strateji müttəfiqlər olan Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərini müqayisə etdim və gəldiyim qənəat bu oldu ki, London Vaşinqtonu yenə üstələdi. Təbriklərdə yeganə üst-üstə düşən məqam hər iki səfirin təbriki Azərbaycan dilində yaymalarıdır. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mədəniyyətimiz və yeməklərimiz haqqında yenə xoş sözlər dedikdən sonra bir neçə cümlə Qobustana və vulkanlarımıza həsr edib. Amerikalı diplomatın yadda qalan əsas cümləsindən sadəcə bunu seçdim: “Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır”.
Böyük Britaniya səfiri Ferqus Old isə təbrikində birbaşa mətləbə keçərək Azərbaycanla Ermənistan arasında dialoqu yüksək qiymətləndirib. “Qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaranıb, yeni ildən gözlədiyimiz çox şey var” deyən ingilis diplomat böyük ehtimalla bu il sülh sazişinin imzalanacağına eyham vurub. Ferqus Libbini daha bir məsələdə üstələyib. Amerikalı diplomat Azərbaycanın COP-29-a ev sahibliyi etməsi barədə heç nə deməyib. Böyük Brtitaniya diplomatı isə buna kiçik abzas həsr edib və noyabrda keçiriləcək bu tədbiri Azərbaycanın uğuru kimi qiymətləndirib. Hər iki diplomat təbrikində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suvenerliyini bərpa etməsi barədə heç nə deməyib. Bunu onlardan heç gözləmirdik də.
Elxan Şahinoğlu
Teref: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.