Hindistan "Google" və "Meta"nı çirkli pulların yuyulmasında ittiham edir

Bu gün, 11:04           
Hindistan "Google" və "Meta"nı çirkli pulların yuyulmasında ittiham edir
Hindistan hüquq-mühafizə orqanları çirkli pulların yuyulması üçün istifadə edilən qeyri-qanuni ticarət və mərc platformalarının təşviqi ilə bağlı araşdırma çərçivəsində Google və Meta-nın nümayəndələri ilə görüş planlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Məlumata əsasən, şirkət nümayəndələri ilə iyulun 21-nə görüş təyin edilib.

“Google və Meta platformaları reklam vasitəsilə mərc proqramlarını təbliğ edir və onların istifadəçilərə yayılmasını asanlaşdırır.

Bir neçə gün əvvəl agentlik Mumbayda qiymətli kağızların qeyri-qanuni alqı-satqısı və onlayn mərc oyunları ilə bağlı böyük reydlər keçirib. Uçota alınmamış nağd pul, bahalı saatlar, zinət əşyaları, xarici valyuta və lüks avtomobillər ələ keçirib. Reydlər zamanı hesablayıcı maşınlar da tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru