Sakit Okeanda yerləşən ada dövlətinin sakinləri ciddi təhlükə qarşısında qalıblar

Bu gün, 11:19           
Sakit Okeanda yerləşən ada dövlətinin sakinləri ciddi təhlükə qarşısında qalıblar
Sakit Okeanda yerləşən ada dövləti Tuvalunun sakinləri viza almaq məqsədilə kütləvi şəkildə Avstraliya hökumətinə müraciət ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Məlumata görə, bu kütləvi müraciətə səbəb iqlim dəyişikliyi nəticəsində okean səviyyəsinin qalxması və ölkənin su altında qalmaq təhlükəsidir.

Bildirilib ki, artıq müraciət edənlərin sayı 5 min nəfəri keçib. Bu səbəbdən Avstraliya hökuməti 2026-cı il üçün viza ərizələrinin qəbulunu dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru