“Putin bizə qalib gəlsə, sizi bütün Aİ, NATO, azadlıq və demokratiyanızla birgə yeyəcək...”

3-01-2024, 09:13           
“Putin bizə qalib gəlsə, sizi bütün Aİ, NATO, azadlıq və demokratiyanızla birgə yeyəcək...”
“Rusiya tərəfindən sülh yolunda irəliyə doğru hər hansı fundamental addım görmürük. Bunun əvəzindəmən və ukraynalılar Ukraynanın şərqində, cənubunda, şimalında və qərbində yerləşən şəhərlərinə hava hücumları ilə üzləşirik”.

Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "The Economist” nəşrinə müsahibəsində Rusiya Federasiyası ilə danışıqlara dair təklifləri şərh edərkən söyləyib.

"Mən yalnız terrorçu ölkənin addımlarını görürəm. Əgər Rusiya bəzi Qərb mediasının yazdığı kimi, münaqişəni dondurmaq istəyi ilə bağlı siqnallar göndərirsə, bu, onların ədalətli olmalarına görə deyil, kifayət qədər raket və sursata və ya təlim keçmiş qoşunlara malik olmadıqlarına görədir. Onlara bu pauza lazımdır ki, bütün güclərini bərpa etsinlər və daha sonra bütün gücləri iə bu müharibənin səhifəsini çevirsinlər”, - deyə Zelenski əlavə edib.

O, hesab edir ki, Ukrayna uduzsa, Putin müharibəni Qərbə yaxınlaşdıracaq.

“Putin özünü heyvan kimi zəif hiss edir, çünki o, heyvandır və qalib gəlsə, sizi şam yeməyində sizin bütün Aİ, NATO, azadlıq və demokratiyanızla birgə yeyəcək”, – deyə Prezident vurğulayıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.