Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir

3-01-2024, 09:54           
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir
Birləşmiş Ərəb Əmirlikləri Avrasiya və Cənubi Qafqaz ölkələrinə yatırımlarını ildən ilə artırır. Bu ölkə Türkiyənin gəlir gətirən şirkətlərinin səhmlərini alaraq ortaq layihələr reallaşdırıb, növbəti mərhələdə 50 milyarddan çox yatırım qoymağı planlaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirib, “Abşeron” qaz yatağında payı var. Əmirliklər Ermənistanın da əsas ticarət tərəfdaşıdır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dolları aşıb.
Bu arada, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla Ermənistan arasındakı danışıqları da diqqətlə izləyərək ötən ilin dekabr ayında bununla bağlı bəyanat yayıb. Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilərək fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulmasının, əməkdaşlıq və dialoqun vacibliyi vurğulanıb. Bu fəallıq nəzərə alınaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Birləşmiş Ərəb Əmirliklərinin ərazisi təklif edilsə, gərək təəccüblənməyək. Neytral dövlət olmaqla yanaşı Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru