Siqaret və içkini qiymətləri bahalaşdırmaq yolu ilə insanlara tərgitmək mümkün deyil,...

3-01-2024, 18:43           
Siqaret və içkini qiymətləri bahalaşdırmaq yolu ilə insanlara tərgitmək mümkün deyil,...
Dünyada hökumətlər ən rahat tütün məmulatları və spirtli içkilərin aksiz və vergilərini artırırlar – bu sosial məsələ olmadığı üçün etiraza da səbəb olmur. Hökumətlər bu siyasəti sağlam həyat tərzinin təşviqi ilə izah edirlər, məntiqləri budur ki, tütün məmulatları və spirtli içkilər bahalaşdıqca, onlardan istifadə edənlərin sayı azalacaq.
Azərbaycan hökuməti də hər il siqaret və alkaqolun aksiz dərəcələrini artırmaqla qiymətini bahalaşdırır – zatən ölkədə hər şeyin qiyməti qalxır, amma burada 2 məsələyə diqqət etmək lazımdır:
1) İstənilən ölkədə qonşu ölkələrlə müqaisədə siqaret və içkinin qiyməti kəskin fərqlənirsə, bu mütləq qaçaqmalçılığın artmasına səbəb olur. Dövlətin nəzarətedici orqanları işbazlarla əlbir olub ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret və içki gətirirlər, satışdan böyük pullar qazanırlar, beləliklə də məmurlarla qaçaqmalçıların əlaqələri genişlənir, belə biznesə “krışalıq” edənlərin sayı artır, daha yüksək rütbəli məmurlar bu işə qarışır – nəticədə büdcəyə aksizdən daxilolmalar artmaqdansa, azalır. Bakıda hamı bilir ki, harada, hansı aksizsiz siqaretlər və neçəyə satılır, amma nədənsə, bunu məmurlar “bilmir” və “görmürlər”,
2) Alkaqollu işkilərin kəskin bahalaşması isə həm qaçaqmalçılığı təşviq edir, həm də kustar yolla saxta içki istehsalını artırır. Nəticədə saxta içkidən zəhərlənənlər, sağlamlığını və həyatını itirənlərin sayı artır və hökumət aksiz-vergiləri artıraraq sağlam həyat tərzini təşviq etməkdənsə, insanların sağlamlığının itirməsinə səbəb olur.
Siqaret və içkini qiymətləri bahalaşdırmaq yolu ilə insanlara tərgitmək mümkün deyil, sağlam həyat tərzinin təşviqi birbaşa rifahın, gəlirlərin artması ilə mümkündür. Məhz yüksək gəlirli insanlar öz sağlamlığına yatırım edirlər, idmanla məşğul olur, zala, hovuza getməyə vəsait xərcləyirlər. Yəni, hökumət sağlam insan istəyirsə, ona pul qazanmağa məne olmamalı, ədalətli hakim roluna çəkilib iqtisadiyyatı tam liberallaşdırmalıdır...
Natig Jafarli
Teref: Xocanın Blogu
Səhiufəmiz hamının üzünə açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.