"Ukrayna üzrə sülh sazişi necə ola bilər?" - "The New York Times"

8-02-2024, 09:16           
"Ukrayna üzrə sülh sazişi necə ola bilər?" - "The New York Times"
"Jurnalistlər iddia edir ki, Ukrayna bütün ərazilərini geri qaytarmaq istəyir, amma bu, çətin ki, baş verəcək..."

"Konqresin pulları pis və yaxşı sövdələşmə arasında həlledici amil ola bilər..."

"Belə sövdələşmə üçün Ukraynaya Rusiyanın gücünü sarsıda biləcək daha güclü ordu tələb ediləcək..."

Putin elə sülh sazişinə razı ola bilər ki, indi işğal etdiyi əraziləri əldə etsin və Ukraynanın Avropaya inteqarasiyasını dayandırmaqla onu neytral qalmağa vadar etsin.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Bu il Ukrayna və Rusiyanın ekspertlərin gözlədiyindən daha uğurlu hərbi kampaniya aparacağı hələ də mümkündür.

Lakin bu il döyüş əməliyyatlarının ən ehtimal edilən nəticəsi dalan vəziyyətinin saxlanılması olacaq. Və bu dalan müharibənin necə sona yetəcəyini müəyyən edəcək.

Jurnalistlər iddia edir ki, Ukrayna bütün ərazilərini geri qaytarmaq istəyir, amma bu, çətin ki, baş verəcək.

"Ukraynalılar müqavimət göstərmək iqtidarında olduqlarına inanır. Onlar 2022-ci ildə Kiyevi müdafiə edib, Xersonu geri qaytarıb və Rusiyanı Xarkovdan sıxışdırıb.

Onların ordusu Avropada ilk olaraq döyüşlərdə bərkiyib, Amerika və müttəfiqlərinin texnologiyaları sayəsində daha da müasirləşib.

Onlar ən pis nəticədən- tam məğlubiyyətdən, öz demokratik hökumətinin devrilməsindən və Rusiyanın oyuncaq rejiminin qurulmasından yan keçib.

Bir çox ukraynalılar indi hesab edir ki, Rusiyaya güzəştə getmək onların həmvətənlərinin əbəs yerə həlak olması demək olacaq", - məqalədə deyilir.

Müəllif qeyd edir ki, Ukrayna müharibədə ölənlər və yaralananlarla birgə çoxlu insanlarını itirib, onun döyüş sursatları, maddi resursları və avadanlığı tükənir.

Avropanın 54 milyard dollar məbləğində iqtisadi yardımı yenicə təsdiq etməsinə rəğmən, məhz Amerika pulları Kiyevin hərbi gücünü təmin edir.

Lakin Nümayəndələr Palatasında respublikaçıların əksəriyyəti hazırda Ukraynaya bundan sonra yardım göstərilməsinin əleyhinə çıxır.

Hətta Ukraynayönümlü respublikaçılar Bayden administrasiyasından döyüş meydanında hazırkı dalandan çıxmağın strategiyasının necə olacağını soruşur. Bu arada isə maliyyələşmə sərhəd siyasəti üzrə debatlara cəlb edilə bilər.

"Əgər Ukrayna Rusiyaya qalib gəlmək üçün ona lazım olduqlarını əldə edə bilməsə, hansı sövdələşməyə gedə bilər?" - analitiklər sual edir.

Onların fikrincə, Vladimir Putin elə sülh sazişinə razı ola bilər ki, indi işğal etdiyi əraziləri əldə etsin və Ukraynanı Avropaya inteqarasiyasını dayandırmaqla onu neytral qalmağa vadar etsin.

Ukraynalılar bu sövdələşməni təslimçilik adlandırır, lakin Amerikanın əlavə yardımı olmadan bunu qəbul etməyə məcbur ola bilər.

Ukrayna üçün daha əlverişli sövdələşmə heç olmasa işğal edilmiş ərazilərin bir hissəsinin geri qaytarılması, habelə onun ABŞ və Avropadan Rusiyadan müdafiə olunmasına kömək edəcək vəd alması olardı.

Mümkündür ki, Putin o zaman gələcək hücumlar barəsində dəfələrlə götürqoy edəcək. Belə ssenaridə Ukrayna dərhal NATO və Avropa İttifaqına daxil olmaya bilər, məhz belə perspektiv ilk növbədə Rusiyanın hərbi müdaxiləsinə səbəb olub.

"Lakin belə sövdələşmənin mümkün olması üçün Ukraynaya Rusiyanın gücünü sarsıda biləcək daha güclü ordu tələb ediləcək.

Rusiya ordusu zərər çəkib, onun ən müasir silahı itirilib, onun modernləşdirilməsi isə illərlə təxirə salınıb.

Əgər ABŞ tərəfindən təklif edilən 60 milyard dollar məbləğində yardım paketi nə zamansa gerçəkləşəcəksə, bu, Rusiyanın arxa cəbhəsinə daha cəsarətli zərbələr endirilməsinə imkan verəcək ki, bu da Moskvanı özündən çıxarır.

Konqresin pulları pis və yaxşı sövdələşmə arasında həlledici amil ola bilər. Bu pullar Ukraynaya danışıqlar masası arxasında mövqelərini möhkəmləndirə bilər. Bunsuz Putinin Qərbin səbrinin tükənəcəyi barədə fikirlərində haqlı olduğu üzə çıxacaq", - məqalədə deyilir.

Rusiya ilə danışıqların mümkünlüyü-proqnozlar

Yanvarın 15-də Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Rusiya ilə münasibətdə güzəştlər döyüş meydanında qələbə olmadan mümkün deyil, çünki əksəriyyət rusiyalıların mentaliteti belədir.

Rusiya və Ukrayna davam edən müharibədən tükənib, bu da bu ilin sonunda danışıqlar üçün pəncərə aça bilər. Bu fikirlə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ceyms Stavridis çıxış edib.

"İlin sonuna yaxın ABŞ-da seçkilərdən sonra bizim potensial danışıqlar üçün məqamımız olacaq", - o, deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.