Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Dünən, 17:14           
Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı
Azərbaycanda 2025-ci ilin əvvəlinə olan rəqəmlərə görə əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir.
Ötən illə müqayisədə bu rəqəm 5243 nəfər və ya 1% azdır.

Son rəqəmlərə görə, ölkədə 18 və yuxarı yaşda əlilliyi olan 454 min 944 şəxs var. Onların 64 min 187-si orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərdir. Orqanizmin 61-80 faiz pozulmasına görə əlilliyi olan 265 min 128 nəfər, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər isə 125 min 629 nəfərdir.

Bundan başqa, əlilliyi olan uşaqların sayı (18 yaşadək) 43 min 498 nəfər təşkil edir.

Xatırladaq ki, hazırda ölkədə orqanizmin funksiyalarının 81–100 %, 61–80 %, 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müvafiq olaraq 600, 500, 400 manat müavinət verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru