Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb - Araşdırma/Video

26-02-2024, 12:09           
Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb - Araşdırma/Video
Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Anaxeber.info məlumat verir ki, bu haqda bloger Mehman Hüseynov araşdırma aparıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı "Range Rover" markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı "Mercedes S Class" markalı maşın görmək olar. Bu nömrə isə əvvəl "BMW X 6" markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru