Kreml tarixən bu olub və indidə budur: Dmitri Medvedev "Ukrayna Rusiya ərazisidir"
5-03-2024, 00:04
Danışıqlar yalnız Ukraynanın yeni rəhbərliyi ilə mümkündür.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev deyib.
O bildirib ki, Ukrayna ilə sülh danışıqları yalnız dünyadakı yeni reallıqları anlayan biri ilə mümkündür: “Rusiya öz torpaqlarından heç vaxt imtina etməyəcək”.
D.Medvedev, həmçinin Ukraynanın Rusiya ərazisi olduğunu iddia edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb.