Kartof qıtlığına qarşı sərt addım: Belarus müəssisələrinə cərimələr tətbiq olunacaq

Bu gün, 10:38           
Kartof qıtlığına qarşı sərt addım:
Belarusda kartof çatışmazlığı olan bütün pərakəndə satış müəssisələri cərimələnəcəklər.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq dəyişiklikləri ölkə lideri Aleksandr Lukaşenko imzalayıb.

Qanun 210-8400 Belarus rublu (təxminən 110-4365 manat) arasında cərimələr müəyyən edir.

Sənədə əsasən, pərakəndə satış obyektlərində dövlət sifarişində nəzərdə tutulmuş tərəvəz məhsullarının olmamasına görə fiziki və hüquqi şəxslər üçün cərimə tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Belarusda yüksəkkeyfiyyətli kartof qıtlığı yaşanır. Hökumət məsələni nəzarətə götürüb və tədarükçüləri süni qıtlıq yaratmaqda ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru