Azov dənizində fövqəladə vəziyyət: Sahilə minlərlə zəhərli meduza çıxıb VİDEO

Bu gün, 10:29           
Azov dənizində fövqəladə vəziyyət:
Rusiyanın Krasnodar diyarında Azov dənizinin sahil sularını minlərlə zəhərli meduza "işğal edib".

Bu barədə Gazeta.ru məlumat yayıb.

Bildirilir ki, meduzaların kütləvi şəkildə sahilə çıxması xüsusilə Peresıp qəsəbəsinin çimərliklərinə ciddi zərər vurub. Son iki gündə yaşayış məntəqəsinə doğru əsən güclü küləklər nəticəsində meduzalar sahilə tökülüblər.

Rusiyalı ekoloq Veniamin Qolubitçenko Azov dənizində müşahidə olunan meduza "hücumu" ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu meduzalarla suda yaxından təmas insan üçün təhlükəli ola bilər - onların sancması ciddi yanıqlara səbəb olur.

Bioloqlar da bu cür meduzaların dəriyə toxunduqda güclü yanıqlara gətirib çıxara biləcəyini bildirirlər.

Söhbət kornerot adlı meduza növündən gedir. Bu, ən zəhərli meduzalardan biri hesab olunur. Onun diametri 80 santimetrə çatır və çəkisi 10 kiloqramdan çoxdur. İnsanla təmas zamanı dəridə qabarcıqlar, titrəmə, baş ağrısı və qızdırma kimi simptomlara səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru