Azərbaycan sperması Ermənistanda necə inqilab elədi - VİDEO

6-03-2024, 16:18           
Azərbaycan sperması Ermənistanda necə inqilab elədi - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “revanşistlər” düşərgəsindən olan opponentlər tərəfindən daha nələrdə ittiham edilməyib ki... Onu xain və “Artsaxın təslim olmasının” əsas günahkarı, hətta Türkiyə və Azərbaycanın göstərişlərinə tam əməl edən xidmətçi adlandırıblar.

Paşinyana qarşı bütün ölümcül günahlarla bağlı bu ittihamlar özlüyündə gülünc deyil, həm də axmaqlıqdır. Amma Paşinyan rejiminin həmin əleyhdarları bir dəfə Nikol Vovaeviçi “Qarabağ Ermənistandır, nöqtə” kimi “cəsarətli bəyanatına” görə alqışlamışdılar. Bu bəyanatdan sonra Paşinyan onlar üçün qəhrəman, Azərbaycana meydan oxuyan və bununla da uzun illər aparılan danışıqların mahiyyətini puça çıxaran vətənpərvər oldu.

Cəmi bir il sonra Baş nazirin bu bəyanatı Ermənistan üçün fəlakətli nəticələrə çevrildi. “Daşlar ölkəsi” Azərbaycan tərəfindən cəmi 44 gün ərzində darmadağın edildi və “məğlubedilməz” erməni ordusu rüsvayçılıqla döyüş meydanından qaçdı.

İstənilən ayıq düşüncəli, hətta siyasətdən uzaq adam üçün Ermənistana sonrakı güzəştlərin məcburi addım olduğu gün kimi aydın idi. Paşinyan məğlub olmuş ölkənin başçısı kimi anladı ki, qüvvələr həddən artıq qeyri-bərabərdir və indiki reallıqlara “erməni prizmasından” baxmaq lazım deyil, əksinə, vəziyyəti obyektiv qiymətləndirmək lazımdır.

Təbii ki, bir müddət sonra öz biabırçılığını unudan erməni tərəfi yenidən “cırmaq atmağa” başladı, amma bu, başqa məqalənin mövzusudur. Belə ki, 44 günlük müharibədə məğlubiyyətdən və Qarabağ xuntasının darmadağın edilməsindən sonra dünənki qəhrəman bir gecədə satqına çevrildi.

Amma indi belə çıxır ki, Paşinyan hələ doğulmamışdan əvvəl satqın olub. Axı o, ya Türkiyə, ya Azərbaycan spermasından, ya da ola bilsin, onların kokteylindən doğulub. Və bu, zarafat deyil. Bunu hansısa savadsız ayaqqabıçı Aşot və ya üç sinfi bitirmiş taksi sürücüsü Karen demir.

Bunu general-mayor, Ermənistanın peşəkar sərhəd qoşunlarının yaradıcısı, Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının keçmiş komandanı Levon Stepanyan da bəyan edir. O, dəfələrlə SSRİ, Ermənistan və Rusiyadan mükafatlar alıb.

Amma onun Ermənistan “Telegram” kanallarından birində verdiyi müsahibədə dediyi cəfəngiyyata baxsaq, o, bu mükafatları ya pulla alıb, ya da tapşırıq yolu ilə. Çünki heç bir normal insan belə cəfəngiyyat səviyyəsinə düşməz. Hətta psixiatriya xəstəxanasında adi bir xəstə də belə sözlərdən utanardı.

Beləliklə, Levon Stepanyan tamamilə əmindir ki, “ 90-cı illərin əvvəllərində Ermənistana kişi sperması gətirilib”. Və “Bu sperma hara getdi? Kim gətirdi və kim doğuldu?”, - deyə Stepanyan ən çətin sualları verir, sonra özü onlara cavab verir.

“Tamamilə qeyri-milli düşüncə. Biz gerbə, Konstitusiyaya, Ararat dağına çatdıq”, - deyə o, hazırkı hakimiyyətə işarə edir.

“Qeyri-milli spermatozoidlərin” Ermənistana hansı ölkələrdən keçdiyini tamaşaçılara aydınlaşdırmaq üçün aparıcı aydınlıq gətirir: “Hər şey Azərbaycan-Türkiyə tandemi naminə edilir”.

Bu baxımdan mühüm bir detalı qeyd etmək yerinə düşər. 90-cı illərin əvvəllərində MTX sərhəd qoşunlarının komandiri Levon Stepanyanın özü idi. Yəni, Stepanyanın burnunun ucunda yük maşınları ilə ölkəyə türk və azərbaycanlı sperması gətirilirdi, amma onun bundan heç bir xəbəri olmayıb.

Amma bu, o qədər də pis deyil. Absurd odur ki, sperma 90-cı illərdə xaricdən gətirilib və Türkiyə-Azərbaycan tandeminin maraqlarını təcəssüm etdirən əsas satqın Nikol Paşinyan isə... 1975-ci ildə doğulub. Yəni, 90-cı illərin sperması anlaşılmaz şəkildə Paşinyanın anasının bədəninə hələ 1974-cü ildə düşüb, belə demək mümkünsə, geri tarixlə. Levon Stepanyandan "dahi riyaziyyat".

Daha bir şey. 2018-ci ildə “satqın” Paşiyan hakimiyyətə gələndə Ermənistan əhalisinin əksəriyyəti hazırkı Baş naziri dəstəkləyib. Stepanyanın sözlərindən sonra bunun səbəbi aydın olur: sperma bir çox erməninin başına vurub. Üstəlik, “qeyri-milli” sperma…

ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.