Pekində güclü yağışlar 30 nəfərin həyatına son qoydu

Bu gün, 09:05           
Pekində güclü yağışlar 30 nəfərin həyatına son qoydu
Çinin paytaxtı Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, artıq 80 mindən çox insan təbii fəlakət zonasından təxliyə edilib.

Qeyd edilib ki, ölənlərin 28-i Pekinin Miyun rayonunun sakinləridir. Fəlakət nəticəsində avtomagistrallar və elektrik xətləri zərər görüb.

Pekində son bir neçə gündə düşmüş yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru