Corc Kluni fondunun rusiyalı jurnalistləri "ovlamaq" barədə bəyanatına aydınlıq gətirdi

4-06-2024, 10:04           
Corc Kluni fondunun rusiyalı jurnalistləri "ovlamaq" barədə bəyanatına aydınlıq gətirdi
Hollivud ulduzu Corc Kluni özünə məxsus olan fondun "rusiyalı jurnalistləri ovlamaq"la bağlı yayılan xəbərləri təkzib edib. Aktyorun sözlərinə görə, heç kim heç kimi təqib etməyəcək.

seher.media-ın məlumatına görə, bu barədə "Clooney Foundation for Justice" fondunun "X" sosial şəbəkəsində dərc edilən mesajda deyilir.

Kluni izah edib ki, onun fondunun əməkdaşlarından biri özünü yanlış ifadə edib və ümumiyyətlə, təşkilat jurnalistlərlə razılaşmasa belə, onlara qarşı çıxmır. O özünün də jurnalist oğlu olduğunu xatırladıb.

"Rusiyalı jurnalistlərlə bağlı son xəbərlərə gəlincə, bizim fonddan kimsə səhv edib. Mən jurnalist oğluyam. Biz Kluni Fondunda jurnalistləri heç vaxt təqib etmərik, hətta onlarla razılaşmasaq belə", - deyə Fonddan bildirilib.

Xatırladaq ki, Kluni Fondunun "Docket" layihəsinin hüquqi məsələlər üzrə direktoru Anna Neystat bildirib ki, bəzi Avropa ölkələrinin qanunlarında "müharibə təbliğatı" maddəsi var. Neystatın sözlərinə görə, Kluni Fondu belə qaydaların mövcud olduğu ölkələrdə işlərin başlanması üçün müraciətlər yaratmaq niyyətindədir.

Bir sözlə, belə bir tələb orderin verilməsinə səbəb olarsa, o zaman bütün Avropada rusiyalı jurnalistlər saxlanıla bilərlər. Bununla belə, Neystat əlavə edib ki, müraciətlər hələ göndərilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru