Dünya mediası Rusiyanın İrəvan həmləsi və delimitasiya ilə bağlı nə yazdı?

4-06-2024, 16:07           
Dünya mediası Rusiyanın İrəvan həmləsi və delimitasiya ilə bağlı nə yazdı?
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın "Ukraina.ru" nəşri "Azərbaycan artıq bəyan edir ki, Ermənistan mövcud deyil, paytaxtı İrəvanda olan Qərbi Azərbaycan var, əgər biz kilsəni və dövləti itirsək, dirçəlmək şansımız olmayacaq" sərlövhəli xəbər dərc edib.

"Azataqrum" hərəkatının lideri, bloqer Mikael Badalyanın sözlərinə görə, mayın 27-dən İrəvanda Azərbaycana ərazi güzəştləri siyasətinə qarşı etiraz hərəkatının üçüncü və sonuncu mərhələsi başlayıb:

"Tarix göstərdi ki, biz dövlətsiz yaşaya bilərik, amma erməni identikliyini qoruyub saxlayan erməni kilsəsini itirsək, yaxın vaxtlarda dövlətimizdən də məhrum olacağıq. Azərbaycan artıq bəyan edir ki, Ermənistan mövcud deyil, paytaxtı İrəvanda olan Qərbi Azərbaycan var. Əgər biz kilsəni və dövləti itirsək, dirçəlmək şansımız olmayacaq".

Rusiyanın "RusArmİnfo" nəşri "Tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsi var" sərlövhəli xəbər dərc edib. İtaliyanın "Tag24" nəşri xəbər verir, görünür, Rusiya hazırda Ermənistanla tarixi əlaqələrdən daha vacib olan Azərbaycanla praqmatik münasibətlərə üstünlük vermək qərarına gəlib.

Niderlandın "Common Space" nəşri "COP29 Azərbaycanla Ermənistan arasında sazişin imzalanması və bəzi çox böyük dramatik jestlərlə möhkəmləndirilməsi üçün yaxşı məqam ola bilər" başlıqlı məqalə dərc edib. Məqalədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışılır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.