Əməkhaqqı və sosial ödənişlərdə artım belə olacaq... - Büdcəyə yenidən baxılır
4-06-2024, 18:08
Büdcə dürüstləşməsi zamanı orta aylıq əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır. Orta aylıq əməkhaqqının artım tempi müqayisəsi məhz büdcə prosesi çərçivəsində sənədlərdə daha çox nominal göstəricilər üzərindən aparılır.
Bunu iqtisadçı Rəşad Həsənov deyib.
“Ümumiyyətlə, büdcəyə dürüstləşmənin edilməsi tədbirlərinin heç biri faktiki olaraq sosial xərclərin artırılması, nə də əməkhaqqı fondunun genişləndirilməsini nəzərdə tutur”, - deyə o əlavə edib.
İqtisadçı bildirib ki, burada daha çox büdcə dürüstləşməsi zamanı digər amillər nəzərə alıanacaq:
“Güc strukturları, hüquq, məhkəmə sistemi üzrə xərclərin artırılması proqnozlaşdırılır. Bu xərclər ola bilsin müəyyən mənada həmin seqmentlər üzrə əməkhaqqının artımına yönəldilsin”.
Rəşad Həsənov hesab edir ki, bu artımlar çox da böyük məbləğlər deyil:
“Bütövlükdə götürdükdə büdcə dürüstləşməsi, büdcə təşkilatlarının əməkhaqqının artması və yaxud sosial ödənişlərin məbləğinin artırılması tədbirləri ilə müşahidə olunmayacaq. Ən azından müzakirəyə təqdim edilmiş layihə məhz bunu deməyə əsas verir”./Teleqraf.com