Yaxın Şərqdə nə baş verir?

6-06-2024, 12:44           
Yaxın Şərqdə nə baş verir?
İki ay öncə müsahibəmdə Hizbullah faktorunun Yaxın Şərqi yenidən münaqişəyə doğru aparmasına aid fikir bildirdim. Yaxın Şərqdə nə baş verir? Son aylar ərzində ara-sıra İsrail və Hizbullah arasında toqquşmalar olurdu. Həmas ilə müharibə zamanı İsrail üçün ikinci cəbhənin açılması yaxşı nəticələr verməzdi. Düzdür, hələki Qəzza zolağında müharibə gedir. Bundan başqa Netanyahu hökumətinin daxilində bəzi narazılıqlar mövcuddur. ABŞ atəşkəs və girovların dəyişdirilməsi ilə əlaqədar İsrailə təzyiq edir. Qeyd etdiyim bu proseslər ilə birlikdə hal-hazırda Livan və İsrail sərhədində toqquşmların sayı artıb. Hizbullah şimaldakı Hurfeyş şəhərinə hücuma görə məsuliyyəti öz üzərinə götürərək, bölgədəki ordu mövqesinə bir neçə partlayıcı yüklü pilotsuz uçan aparatları atdığını bildirib. İndiki halda İsrail əslində təkcə Həmas ilə deyil həm də Hizbulla ilə vuruşur. Netanyahu xəbərdarlıq edib ki, "Hizbullah"ın hücumlarına "son dərəcə güclü" cavab verməyə hazırıq.
Hizbullahın əsas atəş gücü raketlər və raketlərdir. Əslində, Hizbullahın atəş gücü dəqiq atış qabiliyyəti ilə İsrail Dövlətinin bütün ərazisini hədəfə ala bilər. Əsasən böyük həcmdə atəşə məruz qalacaq ərazi Hayfaya qədər olan bütün şimal bölgəsidir. Bu ərazidə yanğının əsas hissəsi qısa mənzilli sayılan müxtəlif tipli raketlərdən olacaq. Beləliklə, müharibənin ilk və ya iki həftəsində normal həyat sürmək demək olar ki, mümkün olmayacaq. Hizbullah və İsrail arasında müharibə baş verəcəyi halda proseslərin istiqaməti dəyişəcək.
Müəllif: Politoloq Rüstəm Tağızadə
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.