Baydenin Zelenski ilə görüşü gözlənilir

6-06-2024, 09:18           
Baydenin Zelenski ilə görüşü gözlənilir
ABŞ prezidenti Co Bayden Fransa səfəri çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Ukrayna NATO-ya dəvət olunmasa da, Rusiyanın işğalına qarşı mübarizədə Kyivə əlavə dəstək verməyin yollarını axtarılacaq.

Ağ Ev bildirib ki, iki lider 80 il əvvəl Normandiyada, müttəfiqlərin desant çıxarma əməliyyatını anma mərasimləri zamanı görüşəcəklər. Co Bayden tədbir üçün iyunun 5-də Fransaya çatıb.

Aprelin 20-də ABŞ Konqresi Ukraynaya son dərəcə ehtiyac duyulan 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədikdən sonra iki lider ilk təkbətək görüşünü keçirəcək. Bayden TIME jurnalına müsahibəsində deyib ki, o, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir - bu, NATO rəhbəri Yens Stoltenberqin mövqeyi ilə ziddiyyət təşkil edir - və çox güman ki, Zelenskidə suallar doğuracaq.

"O, Normandiyada olarkən prezident Zelenski ilə oturub Ukraynadakı vəziyyət və Ukraynaya dəstəyimizi necə davam etdirə və dərinləşdirə biləcəyimiz barədə danışıqlar aparacaq", deyə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“O, həmçinin bir neçə gün sonra İtaliyada keçiriləcək G7 sammitində prezident Zelenskini görmək imkanı əldə edəcək və sonra gördüyünüz kimi o, vitse-prezident [Kamala] Harrisdən ABŞ-ı İsveçrədəki sülh sammitində təmsil etməsini xahiş edib. Və mən vitse-prezidenti həmin səfərdə müşayiət edəcəm”, deyə Sallivan əlavə edib.

İyunun 4-də TIME jurnalına verdiyi geniş müsahibəsində Bayden qeyd edib ki, "sülh Rusiyanın Ukraynanı heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt işğal etməməsinə əmin olmaq kimi görünür. Sülh belə görünür". Lakin, o, əlavə edib ki, "Bu ... demək deyil ki, onlar NATO-nun bir hissəsi ola bilər".

"Bu o deməkdir ki, bizim digər ölkələrlə olduğu kimi onlarla da münasibətimiz var. Biz silah tədarük edirik ki, onlar gələcəkdə özlərini müdafiə edə bilsinlər. Amma... Mən Ukraynanın NATO-laşmasına dəstək verməyə hazır deyiləm".

Görüş şərq cəbhəsində Ukrayna qüvvələri üçün çətin döyüş vəziyyəti fonunda keçirilir. Rusiya Xarkivin şimal-şərqindəki mülki hədəflərə demək olar ki, hər gün zərbələr endirir.

Zelenski Yelisey sarayından bildirilib ki, iyunun 7-də Parisdə Fransa prezidenti Emmanuel Makronla da görüşəcək.

Bu arada, İtaliyanın baş naziri Corciya Meloni bildirib ki, Zelenski iyunun 13-15-də İtaliyanın cənubundakı Puglia bölgəsində keçiriləcək Böyül Yeddilik ölkələrinin sammitində də iştirak edəcək.

Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başladıqdan sonra Kyiv getdikcə daha çox NATO hərbi alyansına qoşulmağa çalışır.

Ölkə 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq planına qoşulub və 2022-ci ilin sentyabrında Rusiya Ukraynanın cənub-şərqinin bir hissəsini ilhaq etdiyini elan etdikdən sonra NATO-ya üzvlük üçün müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.