Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evini direktor: “Kimsə bir küncdə domino oynayırsa, nə olar ki? - FOTOLAR

6-06-2024, 16:07           
Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evini direktor:
10 ildən çoxdur ki, Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yerləşən Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evinin fəaliyyəti nədən ibarətdir?

Mədəniyyət evi internet klubudur, yoxsa çayxana və domino oynamaq üçün məkan?

Əslində, heç biri. Lakin sözügedən mədəniyyət ocağı 10 ildir ki, ancaq belə fəaliyyət göstərərək istisnaları və qanunları pozur.

Belə ki, Mədəniyyət evinin daxilində kitabxana olsa da, qəsəbə sakinləri nə kitabxana otağı, nə də kitab görüblər.

Mədəniyyət evinə kənardan baxsaq, ora daha çox tərk edilmiş evə bənzəyir. Belə ki, həyət baxımsızlıqdan alaq otu ilə dolub, hovuzun içi ərp bağlayıb, Mədəniyyət evinin işçiləri və sakinlər üçün nəzərdə tutulmuş tualetlər sıradan çıxıb. Artıq qəsəbə sakinləri Mədəniyyət evinə ya domino oynamaq üçün, ya da alaqlə sahədə qoyunlarını otarmaq üçün gəlirlər...

Mədəniyyət evinin direktoru Məmmədov Məmməd yalnız tədbirdən-tədbirə iş başında olur, digər işçilərin isə üzünü görən yoxdur.

Qəsəbə sakinləri bu vəziyyətdən artıq dilə gəliblər, övladlarının inkişafı üçün yaradılan bu Mədəniyyət evindən istifadə edə bilməməkdən şikayətlənirlər.

Qəsəbə sakinlərinin sözlərinə görə, Mədəniyyət evində işçilər var, amma kimlikləri bilinmir:

"Qəsəbədə işsiz və işə ehtiyacı olan gənclər var. Onlar direktora müraciət edirlər ki, işçilər işə gəlmirsə, işi bizə verin, işləyək. Direktor isə deyir ki, burada yalnız şuşalılar işləyə bilər. Amma heç işləyən işçilər şuşalı deyil. Bircə onu bilirik ki, işçinin biri Mingəçevirdə yaşayır, işdən də xəbəri yoxdur"...

Məsələ ilə bağlı Mədəniyyət evinin direktoru Məmməd Məmmədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

`Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi` adı altında PULSİLMƏ...

"Mən bir müddətdir ki, məzuniyyət götürmüşəm. Mədəniyyət evinin baxımsız vəziyyətdə olmasının səbəbi də qəsəbədə yaşayan ucqar kənd uşaqlarıdır. Onlar Mədəniyyət evinin həyətini səliqəsiz edirlər, tualetlərini qırırlar. Mühafizəçi ştatı da yoxdur. Domino oynayan olur, bəli. İndi kimsə tədbirdən sonra bir küncdə domino oynayırsa, nə olar ki?"

Qeyd edək ki, işçilərin işə gəlməməyi haqqında sualımız isə cavabsız qalıb...

Xatırladaq ki, Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi Qarabağ Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərir.

"Cebhe.info" məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Mövzunu diqqətdə saxlayacağıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.