Jurnalist Şahnaz Bəylərqızı "Toplum TV" işi ilə bağlı BŞBPİ-də ifadə verib

9-06-2024, 11:08           
Jurnalist Şahnaz Bəylərqızı "Toplum TV" işi ilə bağlı BŞBPİ-də ifadə verib
İyunun 8-də jurnalist Şahnaz Bəylərqızı Toplum TV işi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində ifadə verib.

Bu barədə özü jurnalistlərə məlumat verib.

“Normal keçdi. Vəkilim ilə gəldim və ifadə verdim. Amma yazılı iltizam vermişik. İstintaq sirri olduğuna görə əlavə məlumat verə bilmirik”, Şahnaz Bəylərqızı bildirib.

Jurnalist qeyd edir ki, Toplum TV işi ilə bağlı açılan cinayət işi saxta və quramadır.

“Tezliklə həbsdə olan dostlarımızın azadlıqda olmasını istəyirik”, o qeyd edib.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.