Rusiya ABŞ-ni qorxutmaq və onunla sövdələşmək üçün Kuba kartı ilə oynayır

10-06-2024, 09:58           
Rusiya ABŞ-ni qorxutmaq və onunla sövdələşmək üçün Kuba kartı ilə oynayır
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kubaya hərbi gəmilər göndərməkdə məqsədi “uzaq okean zonasının əməliyyat baxımından mühüm ərazilərində” Rusiya donanmasının mövcudluğunu təmin etməkdir.
Ancaq bu, sadəcə hadisənin texniki-informasiya görüntüsüdür və əslində baş verənlərin məqsədi fərqlidir. Çünki Rusiyanın Kubaya içərisində raketlər, o cümlədən nüvə başlığı daşıya bilən raketlər göndərdiyi bildirilir.
Beləliklə:
1. Moskvanın bu qərarı ABŞ-nin Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərinə zərbələr endirməsinə cavabdır;
2. Kreml bununla ABŞ-yə refleksiv cavab tədbirini Kubadan endirə biləcəyi görüntüsünü yaradır;
3. Rusiya Kuba böhranının tarixi yaddaşını xatırlatmağı səylərinin bir hissəsinə daxil edir;
4. Rusiyanın məqsədi ABŞ-də qorxu yaradıb onu Ukraynaya dəstəkdən çəkindirməkdir;
5. Rusiya ABŞ-yə “Ukraynadan əlini çək və həmin ölkənin taleyini sövdələşmə predmeti kimi müzakirə edək” fikrini qorxu yaratmaq aktı ilə ötürmək istəyir;
6. Əslində Rusiya da, ABŞ-də dil tapmaqda maraqlıdır;
7. İyunun 15-də İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti üçün Qərbdən Ukraynaya təkliflər paketi göndərməsi də həmin fikri təsdiqləyir. Belə ki, təkliflər paketində Ukraynanın Rusiya ilə məhdud əlaqə saxlaması çağırışlar arasındadır,
8. Amma Kremlin bu məsələdə danışıqlara getməsi ehtimalı azdır və o, indi rəqibi ABŞ ilə müzakirələri üstün sayır.
Aqşin Kərimov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.