Bayden Fransaya səfərini həlak olan amerikalıların xatirəsini andığı qəbiristanlığı ziyarət edərək başa vurub

10-06-2024, 11:54           
Bayden Fransaya səfərini həlak olan amerikalıların xatirəsini andığı qəbiristanlığı ziyarət edərək başa vurub
Prezident Co Bayden Fransaya səfərini həlak olan əsgərlərin xatirəsinə ehtiramını bildirmək üçün bazar günü Donald Trampın prezident olduğu zaman ziyarət etməkdən imtina etdiyi Amerika hərbi qəbiristanlığını ziyarət edərək başa vurub. ABŞ prezidenti Fransaya səfərinin son dayanacağını ziyarət etməklə noyabr seçkilərində şanslarını artıracağına ümid edir.

Bayden Parisdən təxminən bir saatlıq məsafədə yerləşən Belyu şəhərində Birinci Dünya Müharibəsində döyüşmüş 2200-dən çox Amerika əsgərinin dəfn edildiyi Aisne-Marne Amerika Qəbiristanlığında müharibədə həlak olanların xatirəsini yad edib.

Bayden D-D günü kimi tanınan Normandiyada müttəfiq qüvvələrin desant əməliyyatının 80-ci ildönümünü qeyd etmək üçün Fransaya beş günlük səfərini yekunlaşdırır. İlk baxışda səfərin Normandiya əməliyyatının 80-ci ildönümünün qeyd edilməsi və ABŞ və Fransa arasında ittifaqın təntənə edilməsi məqsədilə edildiyi görünsə də, lakin Trampın Amerikanın qlobal rolu ilə bağlı fundamental baxışlara etiraz etdiyi seçki ilində Bayden Trampın Amerikanın rolu ilə bağlı ənənəvi görüşlərə qarşı çıxmasını diqqətdə saxlamağa çalışıb.

Transatlantik tərəfdaşlığa verilən hər bir dəyər Trampın bu əlaqələri poza biləcəyini xatırladırdı. Demokratiya ilə bağlı hər bir istinad onun rəqibinin prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə təzad təşkil edirdi.

Ukraynaya özünü Rusiyadan müdafiə etməkdə kömək etmək üçün çoxsaylı çağırışlar Trampın ABŞ-ın yardımı ilə bağlı şübhələri ilə təzad yaradırdı.

Baydenin demokratiya və avtokratiya arasında mübarizə ilə bağlı söylədikləri Trampın hakimiyyətə qayıdışı perspektivinin narahatlıq doğurduğu Avropada alqışlarla qarşılanıb. Lakin Baydenin kampaniyasının Demokrat prezidentin rəqibi ilə bağlı tez-tez etdiyi xəbərdarlıqları insanların gündəlik qayğıları ilə əlaqələndirməyə çalışdığı vaxt bu mesajın Amerika seçicilərinə necə təsir göstərəciyini zaman göstərəcək.

Qəbiristanlığın ziyarəti bu təzadın bir daha vurğulanması üçün bir məqam oldu.

Baydenin səfəri emosional anlarla dolu idi. O, səfər zamanı Normandiya əməliyyatında iştirak edən II Dünya Müharibəsi veteranları ilə görüşüb, həmçinin bir sıra ölkələrin rəhbərləri ilə görüşlər keçirib.

Normandiyada cümə axşamı günü keçirilən yubiley mərasimlərində Bayden D-Day gününün ittifaqların ABŞ-ı daha da gücləndirdiyini xatırlatdığını deyib və bunu “amerikalıların heç vaxt unutmamasını istədiyi bir dərs” adlandırıb.

Bayden daha sonra cümə günü sahildə yerləşən Point du Hok-da Amerika əsgərlərinin desant çıxarma günündə nasistlərin müdafiəsini pozmaq üçün qayalara qalxdığı yeri ziyarət etdib. Bu, həm də prezident Ronald Reyqanın 1984-cü ildə Soyuq Müharibə dövründə Qərb və Sovet İttifaqı arasında mübarizə haqqında ən yaddaqalan çıxışlarından birini etdiyi yerdir. Bayden çıxışı zamanı amerikalıları qayalara dırmaşan Amerika əsgərləri kimi demokratiyanı qorumağa çağırdı. Bu, onun seçki rəqibini ABŞ dəyərlərinə ekzistensial təhlükə kimi göstərən kampaniya ritorikasına uyğun mesaj idi.

Səfər zamanı Bayden və Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bir daha pisləyib və Rusiyanın beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini pozaraq suveren Ukrayna ərazisini ilhaq etmək cəhdini rədd ediblər.

“Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və silahlara nəzarət rejimlərinə məhəl qoymaması qəbuledilməzdir”, görüşdən sonra Ağ Evin açıqladığı bəyanatda deyilir.

Bayden və Makron dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynanın xeyrinə istifadə etmək üçün Avropa İttifaqı və G7 qrupunun (sənayesi inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupu) səylərini dəstəkləməyə söz veriblər.

Prezidentlər Moskvaya xüsusən də İran və Şimali Koreyadan silah tədarükü, habelə Çin və digər ölkələrdən Rusiyanın hərbi və müdafiə-sənaye bazasını bərpa etmək üçün istifadə etdiyi ikili təyinatlı materiallar və komponentlərlə bağlı ciddi narahat olduqlarını bildiriblər. Bayden və Makron bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görmək əzmində olduqlarını bəyan ediblər.

Birləşmiş Ştatlar və Fransa Ukraynada müharibənin faciəvi humanitar nəticələrini, eləcə də onun qlobal ərzaq təhlükəsizliyi, enerji, nüvə təhlükəsizliyi və ətraf mühitə təsirini azaltmaq məqsədinə sadiq olduqlarını vurğulayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.